"ÇƏTİN QRUP İDDİAMIZI AZALTMIR" - DE BROEK

ESTAFET/ Gert Van de Broek, Belçika millisinin baş məşqçisi: "Dünən Göygöl Olimpiya İdman Kompleksində ilk məşqimizi keçdik. İdman zalı çox gözəldir. İlk Avropa Oyunları zamanı Bakıda olmuşduq. Yenidən burda olduğumuz üçün şadıq. Burda gördüyüm hər şey məni məmnun etdi. Əvvəllər heyətimiz gənc idi. Rəqiblər bizi o qədər də tanımır və dəyərləndirmirdi. Ona görə 2013-cü ildə Avropa çempionatında bürünc medal qazandıq. İki il sonra isə 6-cı yeri tutduq. Bu dəfə də hədəfimiz ən azı 1/4 finala kimi irəliləməkdir. Ancaq indi işimiz daha çətindir. Çünki rəqiblər artıq bizi yaxşı tanıyır. Bizə qarşı daha yaxşı hazırlaşırlar. Çox çətin qrupa düşsək də, bu, bizim iddiamızı azaltmır".


Şarlott Leys, Belçika millisinin kapitanı: "Bura uzun səfərdən sonra çatdıq. Otel və kompleks ürəyimizcədir. Təşkilatçılıq yüksək səviyyədədir. Düşünürəm ki, Avropa çempionu məhz bizim qrupdan çıxacaq. Ya Serbiyanın, ya da Hollandiyanın qızıl medal qazanacağını fikirləşirəm".