"Gəncə" və "Ordu" klubları pley-off'da, NTD və "Sumqayıt" klubları isə pley-in seriyasında hesabı bərabərləşdiriblər

13-14 aprel Azərbaycan Basketbol Liqasında (ABL) pley-in mərhələsinin cavab oyunları baş tutub.

"Gəncə" basketbolçuları səfərdə "Lənkəran"a 100-74 hesabı ilə qalib gələrək, pley-in seriyasındakı ümumi hesabı 2-0 ediblər və pley-off 'da "Şəki" klubuna rəqib olublar. Quba Olimpiya İdman Kompleksində yerli "Quba" klubu "Ordu" ya 88-92 hesabı ilə məğlub olub və mübarizəni pley-in mərhələsində dayandırıb. "Ordu" klubunun pley-off'da rəqibi 'Neftçi" olub. NTD və "Abşeron" klubları arasında keçirilmiş cavab oyununda NTD 67-63 hesablı qələbə qazanıb və pley-in seriyasında ümumi hesabı bərabərləşdib. "Sumqayıt" klubu səfərdə "Sərhədçi" üzərində 100-97 hesablı qələbə qazanaraq seriyada tarazlığı bərpa edib.

Qeyd edək ki, pley-in seriyalarında son oyunlar 16 apreldə baş tutacaq.

Müəllif: Məsim MƏSİMZADƏ