Cüdo məşqçiləri üçün peşəkar seminar - Goranboyda növbəti təlim keçirildi

Aprelin 15-də Azərbaycan Cüdo Federasiyasının peşəkar inkişaf proqramı çərçivəsində Goranboy rayonunda cüdo məşqçiləri üçün növbəti seminar təşkil olunub. Tədbirdə Gəncə-Daşkəsən, Qarabağ və Şərqi Zəngəzur regionlarından olan məşqçi-müəllimlər iştirak ediblər.

Seminar zamanı iştirakçılara ilkin tibbi yardımsosial mediadan düzgün istifadə qaydaları ilə bağlı təlimlər keçirilib. Təlimlərin praktiki hissəsində məşqçilər ilkin tibbi yardım bacarıqlarını tətbiq etmə imkanları qazanıblar.

Qeyd edək ki, federasiyanın təşəbbüsü ilə reallaşan bu proqram hər bir regionda 6 gün müddətində davam edir və məşqçilərin həm idman, həm də sosial bacarıqlarının artırılmasını hədəfləyir.

Müəllif: Natiq NƏSİROV