U-14 yeniyetmələr arasında Liqa yarışının I turu keçiriləcək

19-20 aprel tarixlərində U-14 yeniyetmələr arasında Liqa yarışının I turu keçiriləcək.

Abşeron Olimpiya İdman Kompleksində təşkil olunacaq yarışda 100 klub və idman cəmiyyətindən olan 549 cüdoçu (453 oğlan, 96 qız) ümumilikdə 18 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, cari ildə U-14 Liqa yarışının dörd turunun keçirilməsi planlaşdırılır. Bu yarışlar nəticəsində idmançıların reytinq cədvəli formalaşacaq.

Müəllif: Natiq NƏSİROV