Sərbəst güləş üzrə daha 5 çəkidə ölkə çempionları müəyyənləşib

Astara Olimpiya İdman Kompleksində güləş üzrə U17 ölkə birinciliyi davam edir.

İkinci yarış günündə sərbəst güləş üzrə 48, 55, 65, 80 və 110 kq-da qaliblər müəyyənləşib və bununla da sərbəst güləş üzrə yarışa yekun vurulub.

48 kq

1. Rəvan Həsənzadə (Abşeron)
2. Müstəcəb Məmmədov (“Neftçi”, ROİL)
3. Abbas Şəfiyev (Lənkəran), Əliağa Süleymanov (Gəncə-Təhsil1, “Neftçi”)

55 kq

1. Ruslan Əlizadə (Lənkəran)
2. Bünyamin Şükürov (Gəncə, Təhsil-1)
3. Musa Paşayev (FHN), Vahid Məmmədov (Gəncə, Təhsil-1)

65 kq

1. Tunar Nəsibov (Gəncə, Təhsil-1)
2. Məhəmməd Hüseynli (UGİM-5)
3. Nurlan Məmmədov (ROİL), Tunar Quliyev (Gəncə, “Neftçi”)

80 kq

1. Əli Hacıyev (AİJA)
2. Rusif İspərov (Lənkəran, AHİTA)
3. Nihad Süleymanlı (Neftçi), Şahin Qurbanlı (AHİTA)

110 kq

1. Hakim Tağıyev (“Neftçi”, ROİL)
2. Turab Muradzadə (Neftçi)
3. Tunar Süleymanzadə (AHİTA), Bəybala Məmmədov (Masallı)

Müəllif: Natiq NƏSİROV