Kişi voleybolçuların Yüksək Liqasında pley-off mərhələsinə start verilib

Bu gün GİN-nin Voleybol Mərkəzində təşkil olunan yarımfinal çərçivəsində ilk olaraq meydançaya “Murov Az Terminal” və “Neftçi” klubları çıxıblar. Bu oyunda “Murov Az Terminal” 3:0 hesabı ilə qalib gəlib.

Növbəti qarşılaşma isə “AZERRAIL” və “Xilasedici” komandaları arasında olub. Bu oyunda da 3:0 hesabı qeydə alınıb. Görüşün qalibi “AZERRAIL” klubu olub.

Bu komandalar arasında ikinci oyun aprelin 18-də keçiriləcək. Reqlamentə əsasən yarımfinal mərhələsi iki qələbəyədək davam edəcək. İki oyundan sonra tərəflər hərəyə bir qələbə qazanarlarsa (xallar da bərabər olarsa), finala vəsiqənin sahibi Qızıl setdə müəyyənləşəcək.

Yarımfinal (birinci oyun)
16 aprel

“Murov Az Terminal” - “Neftçi” 3:0 (25:20, 25:19, 27:25)
“AZERRAIL” - “Xilasedici” 3:0 (25:22, 25:18, 25:23)

Müəllif: Bəhruz MƏMMƏDOV