DÜNYA KUBOKUNUN FİNALÇILARI BƏLLİ OLDU
ESTAFET/ Xəbər verdiyimiz kimi, Tbilisidə şahmat üzrə Dünya Kuboku başa çatmaq üzrədir. Belə ki, yarışda artıq finalçılar müəyyənləşib.
Yarımfinalda erməni Levon Aronyan fransız Maksim Vaşe-Laqravla, amerikalı Uesli So isə çinli Din Lijenlə qarşılaşıb. Çinli və erməni şahmatçılar finala çıxmaqla İddialıların Turnirinə birbaşa vəsiqənin sahibi olublar.
Şahmat üzrə Dünya Kuboku, Yarımfinal
Din Lijen (CHN) - Uesli So (USA) - 3,5:2,5
Levon Aronyan (ARM) - Maksim Vaşye-Laqrav (FRA) 5:4