Akrobatika gimnastikası üzrə Avropa çempionatında daha iki gümüş medal!

Akrobatika gimnastikası üzrə Avropa çempionatında Azərbaycan yığması növbəti uğurlara imza atıb.

Kişilərdən ibarət Seymur Cəfərov, Abdulla Əl-Məşayxi, Rəsul Seyidli və Riad Səfərovdan ibarət qrup komandamız temp hərəkətləri üzrə 28.020 xalla gümüş medal qazanıb.

Bununla yanaşı, Murad Rəfiyev və Daniel Abbasovdan ibarət kişi cütlüyümüz balans hərəkətlərində yüksək çıxış edərək 28.570 xalla növbəti gümüş medalı Azərbaycan komandasının aktivinə yazdırıb.

İdmançılarımızı təbrik edir və onlara növbəti yarışlarda da uğurlar arzulayırıq!

Müəllif: Bəhruz MƏMMƏDOV