NÖVBƏTİ MEDALI ƏŞRƏF QAZANDI: HDÇ-2017
ESTAFET/ Litvanın Klaypeda şəhərində hərbçilər arasında güləş üzrə 32-ci dünya çempionatı davam edir.
İkinci yarış günündə güləşçilərimiz 1 bürünc medal qazanıb.
86 kq-da mübarizə aparan Əşrəf Əliyev həlledici görüşdə Çin idmançısı Bahetihan Huvatibiekeni 5:1 hesabı ilə məğlub edərək bürünc medala yiyələnib.
Bununla da dünya çempionatının sərbəst və qadın güləşi yarışları başa çatıb. Sərbəst güləşçilərimiz ümumilikdə 1 qızıl və 4 bürünc medala sahib olub. İki idmançı ilə təmsil olunan qadın güləşi yığmamız isə çempionatı 1 gümüş medalla başa vurub.
Komanda hesabında sərbəst güləşçilərimiz Rusiya və İran yığmalarından sonra üçüncü yerdə qərarlaşıb.
Son iki yarış günündə yunan-Roma güləşçiləri mübarizə aparacaq.