“AZERRAIL” iki final qələbəsi ilə çempionluğu təmin etdi

Kişi voleybolçuların Yüksək Liqasının qalibi bəlli olub. Bu gün Milli Gimnastika Arenasında “Murov Az Terminal” və “AZERRAIL” klubları arasında ikinci final oyunu baş tutub.

İlk qarşılaşmada 3:0 hesabı ilə qalib gələn “AZERRAIL” bu dəfə rəqibini 3:1 hesabı ilə məğlub edib.

Beləliklə, hər iki final matçında qələbə qazanan “AZERRAIL” Yüksək Liqanın 2024/2025 illər mövsümünün çempionu olub. “Murov Az Terminal” ölkə birinciliyində gümüş, “Xilasedici” isə bürünc medal qazanıb.

Qeyd edək ki, “Neftçi” çempionatı dördüncü, MOİK beşinci, “Gənclər” isə altıncı yerdə başa vurublar.

Yüksək Liqa
Final
(İkinci oyun)
25 aprel

“Murov Az Terminal” - “AZERRAIL” 1:3 (20:25, 22:25, 25:17, 17:25)

Müəllif: Bəhruz MƏMMƏDOV