“Pro” və “A” lisenziyasının yenilənmə kursu keçiriləcək

Mayın 5-də və 6-da AFFA tərəfindən Bakıda UEFA-nın “Pro” və “A” kateqoriyalı məşqçi lisenziyalarının yenilənmə kursları keçiriləcək.
Kursda iştirak etmək üçün aşağıdakılar tələb olunur:
1. Ərizə
2. Şəxsiyyət vəsiqəsinin surəti
3. Sağlamlıq haqqında arayış
4. 2 ədəd şəkil (3x4)
5. Lisenziya və diplomun surəti
Kursda iştirak üçün ödənişin məbləği:
- “Pro” lisenziya üçün 700 manat
- “A” lisenziya üçün 500 manat
Ödəniş nağd və ya köçürmə yolu ilə aparıla bilər.
Əlaqələndirici şəxs: Anar Şıxəliyev
Əlaqə telefonu: +994 12 404 27 77; daxili: 1268
E-mail: anar.shikhaliyev@affa.az
Həftənin I-V günləri saat 9:00-dan 18:00-dək müraciət etmək olar.
Sənədlər mayın 2-dək qəbul olunur.
