İLK GÜNÜN QAZANCI: 1 QIZIL, 1 GÜMÜŞ, 2 BÜRÜNC

ESTAFET/ Stokholmda (İsveç) keçirilən güləş üzrə yeniyetmələr arasında Avropa çempionatı davam edir. Bu gün başlayan çempionatın ilk günündə sərbəst güləşçilər 5 çəki dərəcəsində münasibətlərə aydınlıq gətiriblər. Azərbaycanı təmsil edən 9 güləşçi də döşək üzərinə çıxıb.

 

42 kq - Mahir Məmmədzadə, Maqomedsalix Abakarov

 

Bu çəki dərəcəsində Azərbaycan finalı baş tutub. Belə ki, hər iki idmançımız finaladək bütün görüşlərində qalib gəliblər. Mahir ardıcıl olaraq, erməni, moldova və rus idmançılarından üstün olub. Maqomedsalix isə belarusu, 2 gürcünü və türkü mübarizədən kənarlaşdırıb. Finalda daha güclü olan Mahir Avropa çempionu adını qazanıb. 

 

50 kq - İntiqam Vəlizadə, Vüsal Hüseynov

 

İntiqam gürcü, rus və moldovanla, Vüsal isə yunan və gürcü ilə mübarizəni qələbə ilə başa vuraraq yarimfinala çıxsalarda, burda müvafiq olaraq türk və rus güləşçilərinə məğlub olublar. Bürünc medal uğrunda İntiqam erməni güləşçini məğlub edərək fəxri kürsüyə qalxmağı bacarıb. Vüsal isə türk idmançısı ilə görüşdən məğlub ayrılıb.

 

58 kq - Daur Psardiya, Murad Məmmədov

 

Murad ilk görüşündə gürcüyə qalib gəlsədə, macar güləşçiyə məğlub olaraq mübarizəni dayandırıb. Daur bolqar və ukraynalı güləşçilərə qalib gəldikdən sonra erməniyə məğlub olub. Erməni finala çıxdığı üçün güləşçimiz 3-cü yer üçün mübarizəyə qoşulub. Təsəlliverici görüşdə macara qalib gəlsədə bürünc uğrunda görüşdə türklə bacarmayıb və medalsız qalıb.

 

69 kq - Abakar Abakarov, Abdulmuslim Məmmədov

 

Abakar ardıcıl olaraq eston, ukraynalı və erməni, Abdulmuslim isə moldova və türkə qalib gəldikdən sonra hər ikisi rus güləşçiyə məğlub olub və bürünc üçün kiçik Azərbaycan finalında qarşılaşıblar. Abdulmuslim kiçik final üçün təsəlliverici görüşdə italyanı da mübarizədən kənarlaşdırıb. Bürünc medal isə Abakara qismət oldu. 

 

85 kq – Əhliman Quliyev

 

Əhliman ilk görüşündə Latviya təmsilçisindən üstün olsada, erməniyə məğlubiyyət onu mübarizədən kənarlaşdırıb.