Stolüstü tennis üzrə ölkə birinciliyi keçiriləcək

Aprelin 30-da stolüstü tennis üzrə ölkə birinciliyinə start veriləcək.

"Şüa" idman kompleksində keçiriləcək yarışda U19 və U15 yaş qruplarında idmançılar iştirak edəcəklər. Azərbaycan birinciliyinin qalib və mükafatçıları mayın 3-də müəyyənləşəcək.

Müəllif: Bəhruz MƏMMƏDOV