Rauf Məmmədov və Günay Məmmədzadə “Çempionların savaşı” turnirində üstünlük qazandı

Bakıda keçirilən şahmat üzrə “Çempionların savaşı”turnirində rapid yarışlarına yekun vurulub.

Kişilərin mübarizəsində Azərbaycan çempionu Rauf Məmmədov FIDE Dünya çempionu Rüstəm Kasımcanovla (Özbəkistan) qarşılaşıb. Rapid partiyalarından sonra R.Məmmədov 4:2 hesabı ilə üstünlük qazanıb.

Qadınlar arasında ölkə çempionatının qalibi Günay Məmmədzadə dünya və Avropa çempionu Antoaneta Stefanova (Bolqarıstan) ilə mübarizə aparıb. Rapid partiyalarının yekununa əsasən Günay 3,5:2,5 hesabı ilə qələbə qazanıb.

Qeyd edək ki, qalib rapid və blits oyunların nəticəsinə əsasən müəyyənləşəcək.

Müəllif: Natiq NƏSİROV