Balabəy Ağayev Düşənbə Böyük Dəbilqə turnirində qızıl medal qazandı

Tacikistanın paytaxtı Düşənbədə keçirilən Böyük Dəbilqə turnirində Azərbaycan cüdoçusu Balabəy Ağayev möhtəşəm qələbə qazanıb.
Yarışın ilk günündə kişilər arasında -60 kq çəki dərəcəsində tatami üzərinə çıxan təmsilçimiz final görüşündə tacikistanlı Mehrzod Sufiyevi ipponla məğlub edərək qızıl medala sahib çıxıb.
Bu qələbə Azərbaycan cüdoçularının beynəlxalq arenadakı uğurlarının davamı olmaqla yanaşı, Balabəy Ağayevin yüksək idman hazırlığını da nümayiş etdirib.
