YIĞMAMIZDAN 2-Cİ QƏLƏBƏ: AVRO-2017

ESTAFET/ Bu gün qadın voleybolçular arasında Avro-2017-də növbəti oyunlar keçirilib. Xəbər verdiyimiz kimi, A qrupunda mübarizə aparan millimiz oyunlarına Bakıda Milli Gimnastika Arenasında keçirir.

Qrupdakı ikinci oyununda Faiq Qarayevin yetirmələri Polşa yığması ilə qarşılaşıblar və ilk turda olduğu kimi, quru hesabla qalib gəliblər. 


Avro-2017, Qrup mərhələsi
A qrupu, II tur


Azərbaycan - Polşa  3:0 (25:14, 25:21, 25:23)

Hakimlər: Kseniya Yurkoviç (Xorvatiya), Yuray Mokri (Slovakiya)

Azərbaycan: 1. Ceyran Əliyeva, 2. Kseniya Poznyak, 5. Odina Bayramova, 6. Ayşən Abduləzimova, 7. Olena Həsənova, 8. Yelizaveta Səmədova, 9. Natalya Məmmədova, 10. Yana Kulan, 11. Yekaterina Jidkova, 12. Valeriya Məmmədova, 14. Kristina Yaqubova, 15. Aynur Kərimova, 17. Polina Rəhimova, 18. Şəfaqət Həbibova
Baş məşqçi: Faiq Qarayev

Polşa: 1. Maya Tokarska, 4. Patirisia Polak, 5. Aqnieska Kakolevska, 7. Natalia Murek, 9. Aleksandra Krzos, 10. Zuzanna Efimienko, 12. Monika Bociek, 13. Aqata Vitkovska, 14. Coanna Volozs, 15. Martina Qrayber, 17. Malvina Smarzek, 18. Yulia Tvardovska, 20. Marlena Plesnieroviç, 22. Roksana Brzoska