Karate üzrə milli komandamız Polşada qızıl və bürünc medallar qazandı

Azərbaycan Karate Federasiyasının ənənəvi karate üslubu fudokan üzrə milli komandası, Polşanın Pulawy şəhərində keçirilən Fudokan Karate üzrə 10-cu dünya çempionatında iştirak edir.

Yarışın ilk günündə milli komandamızın üzvləri uğurla çıxış edərək yüksək nəticələr əldə ediblər.

- Vəlizadə Hacıəli – böyüklər arasında 80 kq çəki dərəcəsində qızıl medal,

- Seyidov Vüsal – U21 (18–20 yaş) kateqoriyasında 60 kq çəki dərəcəsində qızıl medal,

- Siyavuş Bayramov – veteranlar arasında 75+ yaş kateqoriyasında bürünc medal,

Qeyd edək ki, fudokan karate üzrə dünya çempionatı hər 4 ildən bir keçirilir və bu il keçirilən 10-cu dünya çempionatı 11 may tarixində yekunlaşacaq.

Milli komandamız bu nüfuzlu beynəlxalq yarışda, Azərbaycan Karate Federasiyasının prezidentinin köməkçisi və ənənəvi karate üslubu fudokan üzrə rəsmi nümayəndə Vüsal Abdullazadənin rəhbərliyi ilə iştirak edir.

Müəllif: Bəhruz MƏMMƏDOV