"Neftçi" final seriyasında ümumi hesabı bərabərləşdirib

8 may Azərbaycan Basketbol Liqasında (ABL) "Sabah"-"Neftçi" final super seriyasının 4-cü oyunu baş tutub.

Bakı İdman Sarayında keçirilən oyuna "Neftçi" klubu üstün başlayıb və "Sabah" üzərində 84-66 hesablı qələbə qazanıb. Bu qələbə ilə birlikdə "Neftçi" final seriyasında ümumi hesabı 2-2 edib.

Qeyd edək ki, final seriyasının 5-ci oyunu 11 mayda oynanılacaq. Super seriyada ən tez 4 qələbə qazanmış klub Azərbaycan Basketbol Liqasında (ABL) 2024/25-ci illər mövsümünün çempionu olacaq.

Müəllif: Məsim MƏSİMZADƏ