"Sabah" ardıcıl 3-cü dəfə Azərbaycan çempionu oldu!

14 may Azərbaycan Basketbol Liqasında (ABL) "Sabah"-"Neftçi" final super seriyasının 6-cı oyunu baş tutub. Bakı İdman Sarayında keçirilən oyuna "Sabah" üstün başlayıb və yekunda "Neftçi" üzərində 83-78 hesablı qələbə qazanıb. Bu qələbə ilə birlikdə "Sabah" final seriyasının ümumi hesabında "Neftçi"ni 4-2 hesabı ilə məğlub edərək, ardıcıl 3-cü dəfə Azərbaycan Basketbol Liqasının (ABL 2024/25) çempionu olub. ABL 2024/25 mövsümündə final seriyasının ən dəyərli basketbolçusu (MVP) "Sabah" klubundan Hassani Qravet seçilib.

Müəllif: Məsim MƏSİMZADƏ