NURLANIN GÜCÜ 5-Cİ OLMAĞA ÇATDI: YAÇ-2017

ESTAFET/ Kosovonun paytaxtı Priştina şəhərində 15 və 17 yaşlı yeniyetmə ağır atletlər arasında Avropa birinciliyi davam edir. Yarışda 40-a yaxın ölkədən 305 atlet (175 oğlan və 130 qız) medallar uğrunda mübarizəyə qoşulub. Onların arasında bizim yığmanın da üzvləri var.

 

Onlardan daha biri – Nurlan Rəsulov bu gün medal mübarizəsinə qoşulub. O, yaşı 15-ə qədər olan atletlər arasında 62 kq çəki dərəcəsində yarışıb.

 

Nurlan birdən qaldırma hərəkətində 91 kq-ı ram edib və bu hərəkətdə 5-ci yeri tutub.

 

O, təkanla qaldırma hərəkətində 115 kq-ı başı üzərinə qaldırıb və bu hərəkətdə də 5-ci olub.

 

Toplam 206 kq (91+115) nəticə göstərən Rəsulov yekun sıralamada da birinciliyi 5-ci sırada bitirib.