ƏLİ ŞÜKÜRLÜ DƏ 5-Cİ OLDU: YAÇ-2017

ESTAFET/ Priştinada (Kosova) keçirilən 15 və 17 yaşlı yeniyetmə ağır atletlər arasında Avropa birinciliyi davam edir.

 

Bu gün daha bir atletimiz – Əli Şükürlü körpücük üzərinə çıxıb. O, yaşı 15-ə qədər olan atletlərin 69 kq çəki dərəcəsindəki yarışına qatılıb.

 

Əli birdən qaldırma hərəkətində 94 kq-ı ram edib və bu hərəkətdə 5-ci yeri tutub.

 

Təkan qaldırma hərəkətində Şükürlü 115 kq-a güc gələrək 5-ci yerdə qərarlaşıb.

 

Toplam 209 kq (94+115) nəticə göstərən Əli yekun sıralamada da yarışı 5-ci yerdə bitirib.