Güləşçimiz Rusiyada fərqləndi

Rusiyanın Kaspiysk şəhərində sərbəst güləş üzrə 5 qat dünya çempionu Əli Əliyevin xatirə turniri keçirilir.
55-ci dəfə keçirilən Memorialda bu gün 57, 65, 74, 86 və 97 kq-da medalçılar müəyyənləşib.
Milli komandanın üzvü Musa Ağayev (65 kq) ənənəvi yarışda bürünc medal qazanıb.
Sabah 61, 70, 79, 92 və 125 kq-da qaliblərin adlarına aydınlıq gələcək.
