DÜNYA KUBOKUNDA BƏRABƏRLİK DAVAM EDİR
ESTAFET/ Xəbər verdiyimiz kimi, Tbilisidə şahmat üzrə Dünya Kuboku başa çatmaq üzrədir. Belə ki, yarışda artıq final qarşılaşması keçirilir.
 
Xatırladaq ki, reqlamentə görə finalda 4 klassik görüş keçirilməlidir. Bərabərlik halında rəqiblər 2 dəfə 25+10 dəqiqəlik vaxt nəzarəti ilə oynayacaqlar. Yenə qalib müəyyənləşmədikdə şahmatçılar artıq 2 rapid (10+10), bərabərlik davam edəcəyi halda 2 blits (5+3) oynayacaqlar. Yenə qalib müəyyən olunmayacaqsa Armagedon (5/4) oynanılacaq. Burada ağ fiqurlara 5, qara fiqurlara isə 4 dəqiqə verilir. Bərabərlik halında qaralar qalib olur.  
 
Artıq finalda klassik görüşlər başa çatıb və keçirilən hər 4 görüşdə heç-heçə qeydə alınıb. 
 
Şahmat üzrə Dünya Kuboku, Final
 
Din Lijen (CHN) - Levon Aronyan (ARM) - 2:2
 
Qeyd edək ki, hər iki şahmatçı finala çıxmaqla İddialıların Turnirinə birbaşa vəsiqənin sahibi olublar.