İspaniya Qran-prisində qalib Oskar Piastri oldu

"Formula 1" üzrə 2025-ci il dünya çempionatının növbəti mərhələsi – İspaniya Qran-prisinin qalibi bəlli olub.

"Barselona-Katalunya" trasında baş tutan yarışda “McLaren” komandasının avstraliyalı pilotu Oskar Piastri birinci yerə çıxaraq mövsümdə növbəti uğuruna imza atıb.

Onun komanda yoldaşı, britaniyalı Lando Norris finişə ikinci çatan pilot olub. Üçüncü pilləni isə “Ferrari”nin sürücüsü Şarl Lekler tutub.

Qeyd edək ki, “Formula 1” üzrə növbəti mərhələ – Azərbaycan Qran-prisi sentyabrın 19–21-i tarixlərində Bakı şəhər halqasında keçiriləcək.

Müəllif: Bəhruz MƏMMƏDOV