Minifutbol üzrə dünya çempionatı: Azərbaycan Rumıniyanı mübarizədən kənarlaşdırdı - VİDEO

Minifutbol üzrə Azərbaycan millisi növbəti oyununu keçirib.
innews.media xəbər verir ki, yığmamız Bakıda keçirilən dünya çempionatının 1/8 final matçına çıxıb. Elşad Quliyevin yetirmələri Rumıniya ilə görüşüb. Millimiz son dünya çempionunu ilə qarşılaşmada hesabda geri düşsə də, fasilədən sona bərabərlik qolunu vurub. Görüşün qalibi penaltilər seriyasında bəlli olub. Komandamız daha dəqiq olaraq, güclü rəqibi mübarizədən kənarlaşdırıb.
Dünya çempionatı
1/8 final, 27 may
20:30. Azərbaycan – Rumıniya – 1:1, p. 2:1
Qollar: Ramiz Çovdarov, 29 – Robi Mariuş, 13
Qeyd edək ki, milli komandamızın 1/4 finaldakı rəqibi İngiltərə seçməsi olacaq
