Azərbaycanlı cüdoçu Avropa Kubokunda gümüş medal qazandı

Avstriyanın Qrats şəhərində cüdo üzrə gənclər arasında Avropa Kuboku start götürüb.

İlk yarış günündə +78 kq çəki dərəcəsində tatamiyə çıxan Nigar Süleymanova gümüş medal qazanıb.  

Qeyd edək ki, turnirdə Azərbaycan 6 çəkidə 8 cüdoçu ilə təmsil olunur. Avropa Kubokunda 23 ölkənin 435 idmançısı qüvvəsini sınayır.

Müəllif: Bəhruz MƏMMƏDOV