Dünya kubokundan 3 gümüş

29 may - 1 iyun tarixlərində Bolqarıstanın Burqas şəhərində keçirilən akrobatika gimnastikası üzrə Dünya kubokunda ölkəmizi təmsil edən gimnastlarımız uğurlu çıxışlarla yadda qalıblar. İdmançılarımız üç müxtəlif proqram üzrə yüksək nəticələr əldə ediblər.

Qarışıq cütlük – Sabir Ağayev və Milana Əliyeva 27.130 xalla gümüş medal,

Kişi cütlüyü – Murad Rəfiyev və Daniel Abbasov 28.800 xalla gümüş medal,

Kişi qrupu – Abdulla Əl-Məşayxi, Seymur Cəfərov, Riad Səfərov və Rəsul Seyidli 28.840 xalla gümüş medala layiq görülüblər.

Bu əlamətdar uğura imza atan gimnastlarımızı təbrik edir, gələcək yarışlarda yeni nailiyyətlər arzulayırıq!

Müəllif: Bəhruz MƏMMƏDOV