Təmkin Xəlilzadə: "Mənə Türkiyə Superliqası klubundan real təklif gəlmişdi" - VİDEO

Keçmişdə tanınmış Azərbaycan futbolçusu, hazırda isə Azərbaycan mini-futbol millisinin heyətində dünya çempionu olan Təmkin Xəlilzadə bildirib ki, vaxtilə Türkiyə Superliqasının aparıcı İstanbul klublarından birinə keçə bilərdi.

Bu barədə o, "Podkat" layihəsində qonağı olərkən danışıb. Təmkin futbolçu karyerası dövründə Türkiyə çempionatının yüksək liqasının təmsilçilərindən biri ilə razılığa gəldiyini və hətta bütün şərtləri razılaşdırdığını qeyd edib. Ancaq transferin baş tutmamasına səbəb həmin vaxt Türkiyə klubunun Bakı "Sabah"ına ödəməli olduğu təzminat məbləği olub. Superliqa nümayəndələri «Biz Lionel Messi-ni almırıq» deyərək bu məbləği ödəməyə razı olmayıb. Nəticədə transfer baş tutmayıb və Təmkin Xəlilzadə xaricdə çıxış edə bilməyib. Böyük futbol karyerası ərzində Təmkin Xəlilzadə "Sabah", "Zirə", "Qəbələ", AZAL və "Qarabağ" kimi Azərbaycan klublarında çıxış edib.

O, həmçinin Azərbaycan millisinin heyətində bir neçə oyunda iştirak edib və AVRO-2020-nin seçmə mərhələsində Xorvatiya yığmasının qapısına vurduğu məşhur qolla yadda qalıb.

Müəllif: Bəhruz MƏMMƏDOV