“Sabah” legioneri ilə vidalaşdı

ESTAFET/ “Sabah” futbolçusu Con İrasabal ilə yollarını ayırıb.

Müdafiəçinin başa çatan müqavilə müddəti yenilənməyib.

2022-ci ildən "bayquşlar"ın formasını geyinən Con İrasabal bu müddət ərzində 98 oyunda meydana çıxıb, 6 qola imza atıb. O, "Sabah"la birgə Azərbaycan Kubokunu, Premyer Liqada isə gümüş və bürünc medalları qazanıb.

Müəllif: Bəhruz MƏMMƏDOV