Millimiz beynəlxalq turnirə qələbə ilə başladı

ESTAFET/ 14 yaşadək oğlan basketbolçulardan ibarət Azərbaycan millisi Qazaxıstanın Atrau şəhərində keçirilən "Airom Cup" beynəlxalq turnirinə qələbə ilə başlayıb.

Polad Həsənovun rəhbərlik etdiyi yığma ilə yanaşı, yarışda Qazaxıstanın "Ayrom", Qırğızıstanın "Edelveys", Gürcüstanın "Kutaisi", Rusiyanın "Devon" və "Axtuba" klubları da mübarizə aparırlar.

Azərbaycan millisi ilk oyununda "Edelveys" ilə qarşılaşıb və rəqibinə 94:13 hesabı ilə qalib gəlib.

Dairəvi sistemlə keçirilən turnirin qalibi iyunun 22-də məlum olacaq.

Müəllif: Məsim MƏSİMZADƏ