SAMİR ƏLƏKBƏROV HEYƏTİ AÇIQLADI

ESTAFET/ 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Samir Ələkbərəv oktyabrın 1-dən 3-dək Berlində, ayın 4-dən 8-dək Kottbus şəhərində keçirəcəyi təlim-məşq toplanışında, oktyabrın 6-da isə Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində Almaniya ilə oyunda iştirak etmək üçün sərəncamına aşağıdakı oyunçuları dəvət edib. 


Fəhmin Muradbəyli, Anton Krivotsyuk (hər ikisi "Neftçi"), Eltun Turabov, Elgün Uluxanov (hər ikisi "Qarabağ"), Xəyal Nəcəfov, Ehtiram Şahverdiyev, Bəhlul Mustafazadə, Süleyman Süleymanov (hamısı "Sumqayıt"), Oleq Hüseynov, Taşkın Sertan, Vüqar Həsənov, Əlibəy Məmmədli (hamısı "İnter"), Alen Askerov, Qismət Alıyev, Roman Hüseynov (hamısı "Qəbələ"), İlkin Sadıqov, İlyas Səfərzadə (hər ikisi "Kəpəz"), Pərviz Qaraxanov ("Səbail"), Aydın Bayramov (MOİK), Budaq Nəsirov ("Sportinq", Portuqaliya), Serkan Baloglu ("Eyupspor", Türkiyə), Mustafa Ozhitay ("Ulm 1846", Almaniya).