“Bayern”in futbolçusu birdəfəlik “Tottenhem”ə keçdi

ESTAFET/ "Tottenhem" "Bayern"dən icarəyə götürdüyü Matis Teli birdəfəlik transfer edib.

Bu barədə London təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

20 yaşlı hücumçunun müqaviləsinin müddəti 2031-ci ilin yayınadək qüvvədə olacaq. O, iyunun 30-da icarə müddəti bitdikdən sonra yeni sözləşməyə qol çəkəcək.

Matis Tel fevraldan "Tottenhem"də çıxış edir. O, komanda ilə UEFA Avropa Liqasının qalibi olub.

Müəllif: Orxan NOVRUZOV