AFFA-da klub nümayəndələri ilə görüş keçirildi

ESTAFET/ AFFA-nın Yarışların Təşkili Departamentinin əməkdaşları ilə akademiyalar, təhsil məktəbləri və idman məktəblərinin komandalarının nümayəndələri və koordinatorları arasında görüş keçirilib.

AFFA-nın inzibati binasında baş tutan görüşdə liqalarda başa çatmaqda olan mövsüm və 2025/2026-cı illər mövsümünə dair fikir mübadiləsi aparılıb, təkliflər müzakirə olunub.

Klublar tərəfindən təqdim olunan təkliflərin nəzərdən keçiriləcəyi, məqsədəuyğun hesab edilənlərin növbəti mövsüm tətbiqi məsələsinə baxılacağı bildirilib.

Müəllif: Orxan NOVRUZOV