Azərbaycan millisinin Gürcüstan toplanışı başa çatdı

ESTAFET/ Azərbaycanın oğlanlardan ibarət U-18 millisi Gürcüstanın paytaxtı Tiflisdə keçirilən təlim-məşq toplanışının ilk mərhələsini yekunlaşdırıb.
Anar Sarıyevin rəhbərlik etdiyi yığma təlim-məşq toplanışında yerli komandalarla bir neçə yoldaşlıq oyununda qüvvəsini sınayıb.
Son olaraq Gürcüstanın 20 yaşadək basketbolçulardan ibarət kollektivi ilə qarşılaşan komanda 57:89 hesabı ilə uduzub.
Qeyd edək ki, milli iyulun 25-dən avqustun 3-dək Rumıniyanın Piteşti şəhərində keçiriləcək Avropa çempionatının B divizionunda iştirak edəcək.
