PFL mayın qaliblərini mükafatlandırdı

ESTAFET/ Misli Premyer Liqasında "Ayın qolu" layihəsi çərçivəsində "Neftçi"nin futbolçusu Emin Mahmudov mükafatlandırılıb.
Bu barədə Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidməti məlumat yayıb.
May ayının ən yaxşı qolunun müəllifinə mükafatı AFFA-nın inzibati binasında PFL-in prezidenti Elxan Səmədov təqdim edib.
I Liqada "Ayın qolu" layihəsi çərçivəsində "Karvan"ın futbolçusu Ezekiel Morqan mükafatlandırılıb. Mayın ən yaxşı qolunun müəllifinə mükafatı AFFA-nın inzibati binasında PFL-in Media şöbəsinin rəisi Müzəffər Müzəffərli təqdim edib.
II Liqada “Ayın qolu” layihəsi çərçivəsində isə “Hypers Guba”nın futbolçusu Hüseyn Novruzov mükafatlandırılıb. May ayının ən yaxşı qolunun müəllifinə mükafatı AFFA-nın inzibati binasında PFL-in Media şöbəsinin rəisi Müzəffər Müzəffərli təqdim edib.
