Warning: unlink(cache/default.luxe): No such file or directory in /home/olimpspo/domains/estafet.az/public_html/includes/Parser.php on line 129
Azərbaycan millisi “Davis Cup”da pley-offa yüksəldi -
Azərbaycan millisi “Davis Cup”da pley-offa yüksəldi

ESTAFET/ Azərbaycanın tennis millisi Albaniyanın paytaxtı Tiranada təşkil olunan “Davis Cup” turnirində daha bir qələbə qazanıb.

Ölkəmizi yarışda təmsil edən Tamerlan Əzizov, Kənan Qasımov və Elvin Həşimovdan ibarət yığma turnirin pley-off mərhələsinə yüksəlib.

Tamerlan Əzizov Filippo Tommesanini, Kənan Qasımov isə Marko De Rossini üstələyib.

Azərbaycan millisi 2 turdan sonra komanda hesabında maksimum nəticə ilə qrup 1-cisi kimi pley-offa yüksəlib.

Qeyd edək ki, yığma ilk turda Andorraya qalib gəlib.

Müəllif: Məsim MƏSİMZADƏ