MİLLİMİZ KÜKAFATSIZ QALDI: AVRO-2017
ESTAFET/ Bu gün oynanılacan son iki oyunla Bakıda keçirilən qadın voleybolçular arasında Avropa çempionatına yekun vurulur. İlk olaraq meydana 3-cü yerin sahibini müəyyənləşdirmək üçün millimiz qardaş Türkiyə yığması ilə qarşılaşıb.
Yerli vaxtla saat 16:00-da Milli Gimnastika Arenasında ümidləri doğrultmayan Faiq Qarayevin yetirmələri türklər qarşısında aciz vəziyyətə düşüblər. Xüsusi olaraq, son 2 setdə millimiz bərbad çıxış edib. Son setdə qeydə alınan hesab isə - 8:25 bu çempionatda ən böyük fərqli hesab olub.
Avro – 2017
Bürünc medal uğrunda oyun
Azərbaycan - Türkiyə 1:3 (25:22, 21:25, 14:25, 8:25)
Hakimlər: Vladimir Simonoviç (Serbiya), Daniele Rapisarda (İtaliya)
Azərbaycan: 1. Ceyran Əliyeva, 2. Kseniya Poznyak, 5. Odina Bayramova, 6. Ayşən Abduləzimova, 7. Olena Həsənova, 8. Yelizaveta Səmədova, 9. Natalya Məmmədova, 10. Yana Kulan, 11. Yekaterina Jidkova, 12. Valeriya Məmmədova, 14. Kristina Yaqubova, 15. Aynur Kərimova, 17. Polina Rəhimova, 18. Şəfaqət Həbibova
Baş məşqçi: Faiq Qarayev