RÜSTƏM ZAQREBDƏ BİRİNCİ OLDU
ESTAFET/ Xorvatiyanın paytaxtı Zaqreb şəhərində cüdo üzrə Qran-Pri yarışı davam edir. 73 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan cüdoçusu Rüstəm Orucov bütün rəqiblərinə qalib gələrək beynəlxalq yarışın qalibi olub. İdmançımız Zaqrebdə ardıcıl olaraq Xorvatiya, İtaliya, Yaponiya, Braziliya və İsveç təmsilçilərini məğlub edib.