Messi “İnter Mayami”nin tarixinə düşdü

ESTAFET/ Lionel Messi ABŞ-nin "İnter Mayami" klubunun tarixinə düşüb.

Argentinalı hücumçu klub tarixində 50 qol vuran ilk oyunçu olub.

Bu, klublararası dünya çempionatınnın 2-ci turunun A qrupunda baş tutan "Portu" ilə oyundan (2:1) sonra reallaşıb. Argentinalı futbolçu bu görüşün 54-cü dəqiqəsində cərimə zərbəsindən fərqlənib. Bu, Messinin "İnter Mayami"nin heyətində 50-ci qolu olub.

ABŞ klubunun bombardirləri siyahısında Luis Suares (33) ikinci, Leonardo Kampana (32) üçüncüdür.

Müəllif: Məsim MƏSİMZADƏ