"Neftçi"nin yay hazırlıq planı müəyyənləşib

ESTAFET/ “Neftçi”nin 2025/2026 mövsümünə hazırlıq planı müəyyənləşib.
Klubun mətbuat xidmətinin məlumatına görə, iki mərhələdən ibarət təlim-məşq toplanışının birinci mərhələsi iyunun 25-dən iyulun 14-dək Bakıda, “Neftçi” Futbol Mərkəzində keçəcək.
Hazırlıq prosesinin ikinci mərhələsi iyulun 15-dən avqustun 2-dək Polşanın Keltse şəhərində reallaşacaq.
“Binkovski Hotel”də məskunlaşacaq komanda bu müddətdə 4 yoxlama görüşü keçirəcək. Oyunlar iyulun 17, 22, 27-də və avqustun 1-də baş tutacaq. Üçüncü matçda rəqib “Asteras" (Tripolis, Yunanıstan), sonuncu oyunda isə AEL (Kipr) olacaq.
Yoxlama görüşlərinin başlama saatı və digər rəqiblər haqda daha sonra məlumat veriləcək.
