Qadın cüdoçularımız Avstriyadakı təlim-məşqi başa vurdu

Azərbaycanın böyük, gənc və yeniyetmə qadın cüdoçulardan ibarət yığmaları Avstriyanın Leybnits şəhərində beynəlxalq təlim-məşq toplanışını başa vurub.

Qarşıdakı beynəlxalq turnirlərə hazırlıq məqsədilə baş tutan təlim düşərgəsində idmançılarımıza yeniyetmə qızlardan ibarət milli komandanın baş məşqçisi Elnur İsmayılov və məşqçi Əmrah Əhmədov rəhbərlik edib.

Cüdoçularımızın növbəti təlim-məşq toplanışı 10–15 iyun tarixlərində Xorvatiyanın Poreç şəhərində keçiriləcək.

Müəllif: Bəhruz MƏMMƏDOV