“Formula 1” üzrə 2026-cı il Azərbaycan Qran-prisinin tarixi müəyyənləşdi

2026-cı ildə keçiriləcək “Formula 1” üzrə Azərbaycan Qran-prisinin tarixi açıqlanıb.
innews.media-nın məlumatına görə, Beynəlxalq Avtomobil Federasiyası (FIA) və “Formula 1” təşkilatçıları növbəti ilin təqvimini təqdim ediblər. Təqvimə əsasən, Bakı şəhər trasında yarış 25–27 sentyabr tarixlərində keçiriləcək.
Qeyd edək ki, 2026-cı il mövsümündə “Formula 1” yarışı ümumilikdə 24 mərhələdən ibarət olacaq.
Xatırladaq ki, bu il baş tutacaq 2025-ci il Azərbaycan Qran-prisi 19–21 sentyabr tarixlərində keçiriləcək.
