ELTAC SƏFƏRLİ: "AZƏRBAYCAN MİLLİSİNƏ DƏSTƏK OLUN" - VİDEO

ESTAFET/ Bakı Şahmat Olimpiadasına hazırlaşan Azərbaycan millisinin şahmatçısı Eltac Səfərli mötəbər yarışla bağlı fikirlərini bildirib. Bakı Şahmat Olimpiadasının mətbuat xidmətinə açıqlama verən qrossmeyster olimpiadada ən güclü komandaların iştirak edəcəyini söyləyib: "İlin əsas yarışı Bakı Şahmat Olimpiadasıdır. Burada zəif rəqib yoxdur. Azərbaycan xalqına demək istərdim ki, bizə inanın. Bakı Şahmat Olimpiadasına baxın və Azərbaycan millisinə dəstək olun".

 

Qeyd edək ki, 42-ci Ümumdünya Şahmat Olimpiadasının təntənəli açılış mərasimi sentyabrın 1-də Milli Gimnastika Arenasında olacaq.