Fidan Qurbanlı bədii gimnastika üzrə Dünya çempionatının finalına yüksəldi

Bolqarıstanda keçirilən bədii gimnastika üzrə gənclər arasında Dünya çempionatında Azərbaycan təmsilçisi Fidan Qurbanlı uğurlu nəticə əldə edib.

İstedadlı gimnastımız gürzlərlə proqramda çıxışı zamanı 24.800 xal toplayaraq final mərhələsinə vəsiqə qazanıb. Bu nəticə onun texniki və artistik bacarıqlarının beynəlxalq səviyyədə tanınmasının göstəricisidir.

Qeyd edək ki, gənclər arasında keçirilən bu mötəbər yarış dünya gimnastika arenasında gələcəyin ulduzlarını müəyyən edən mühüm turnirlərdən biri hesab olunur.

Müəllif: Bəhruz MƏMMƏDOV