KAPİTAN MİLLİ İLƏ VİDALAŞIR
ESTAFET/ DÇ-2018-in seçmə mərhələsində oktyabrın 5-də, Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Çexiya qarşılaşması milli komandanın kapitanı Rəşad Sadıqov üçün vida oyunu olacaq.
AFFA-nın saytına fikrini bildirən R. Sadıqov Çexiya ilə oyunun millimizin cari seçmə mərhələdə son ev qarşılaşması olduğunu nəzərə alaraq bu qərarı verdiyini deyib: "Bütün sualları oyunöncəsi keçiriləcək mətbuat konfransında cavablandıracağam".
Qeyd edək ki, 2001-ci ildən əsas milli komandaya dəvət edilən Rəşad Sadıqov yığmanın heyətində 110 oyun keçirib.