Qızlarımızdan "Airom Cup" beynəlxalq turnirində parlaq qələbələr

23 iyun qızlardan ibarət U-16 millimizin Qazaxıstanın Atrau şəhərində təşkil olunmuş "Airom Cup" beynəlxalq turnirində ilk oyunları baş tutub.
U-16 seçməmiz turnirdə ilk görüşünü Qazaxıstanın "Aul Sport" klubuna qarşı keçirib və 72-32 hesablı qələbə qazanıb. Qızlarımız ikinci oyununda isə digər Qazaxıstan təmsilçisi "Barsy Atrau" klubu ilə qarşılaşıb və 78-43 hesabı ilə rəqibinə qalib gəlib.
Qeyd edək ki, qızlarımızın növbəti oyunları 24 iyunda baş tutacaq.
