Lando Norris Böyük Britaniya Qran-prisinin qalibi oldu

"Formula 1" üzrə 2025-ci il mövsümünün Böyük Britaniya Qran-prisinin qalibi "McLaren" komandasının britaniyalı pilotu Lando Norris olub.
"Report" xəbər verir ki, "Silverston" avtodromunda keçirilən yarışda Norris bütün rəqiblərini geridə qoyaraq birinci yerə yüksəlib.
İkinci pillədə onun komanda yoldaşı, avstraliyalı Oskar Piastri qərarlaşıb. İlk “üçlüy”ü isə "Kick Sauber" komandasının alman pilotu Niko Halkenberq tamamlayıb.
Qeyd edək ki, sıralama turunun qalibi "Red Bull" komandasının niderlandlı sürücüsü Maks Ferstappen olmuşdu.
