PFL rəsmisi Konfrans Liqasının oyununa təyinat alıb

Peşəkar Futbol Liqasının (PFL) icraçı-direktoru Zaur Hacı-Məhərrəmov UEFA-dan təyinat alıb.

PFL-dən bildirilib ki, o, UEFA Konfrans Liqasının I təsnifat mərhələsi çərçivəsində Belarusun “Torpedo-BelAZ” və Şimali Makedoniyanın “Rabotniçki” komandaları arasında keçiriləcək oyunun UEFA nümayəndəsi olacaq.

Qarşılaşma iyulun 10-da Macarıstanın Sombatxey şəhərində yerləşən “Haladaş” stadionunda təşkil ediləcək.

Müəllif: Bəhruz MƏMMƏDOV