"İmişli"nin baş məşqçisi Xorxe Kasqilya oldu

Azərbaycan Premyer Liqasına vəsiqə qazanan "İmişli" klubunun yeni baş məşqçisi müəyyənləşib.
Bölgə təmsilçisinin sükanı portuqaliyalı mütəxəssis Xorxe Kasqilyaya həvalə olunub. Klub rəhbərliyi ilə Kasqilya arasında 1 illik müqavilə imzalanıb.
Portuqaliyalı çalışdırıcının məşqçi heyətində də bir sıra təyinatlar olub:
- Kriştianu Duraeş – köməkçi məşqçi
- Gilyerme Kadete – köməkçi məşqçi
- Elşad Tahirov – qapıçılar üzrə məşqçi
- Ulian Qoqa – fiziki hazırlıq üzrə məşqçi
Yeni baş məşqçi və köməkçilərinin qarşısına Premyer Liqada rəqabətədavamlı komanda formalaşdırmaq məqsədi qoyulub.
