“Sabah” Namik Ələskərovla yollarını ayırdı

“Sabah” futbol klubu yarımmüdafiəçi Namik Ələskərovla yollarını ayırıb.

Futbolçu ilə mövsümün sonunda başa çatan müqavilə yenilənməyib.

Namik Ələskərov 2022-ci ildən “Sabah”ın heyətində çıxış edirdi. Bu müddət ərzində o, 83 oyuna çıxıb, komandanın Premyer Liqada gümüş medal qazanmasında və Azərbaycan Kubokunun qalibi olmasında mühüm rol oynayıb.

Müəllif: Bəhruz MƏMMƏDOV